Nara: "İkardini istəyən mənim qapımı döyməlidir"


İdman 22 Fev 2018 17:43:00 227 0

Nara: "İkardini istəyən mənim qapımı döyməlidir"

"İnter"in hücumçusu Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Nara ötən ay bir neçə klubdan təklif adıqlarını bildirib. Goal.az xəbər verir ki, Nara argentinalı forvardın maraqlarını özü tərəfindən təmsil olunduğunu qeyd edib.

"Klubun idman direktoru Pietro Auzilio ilə görüşməmişik. Amma telefonda çox danışırıq. O, mənim fikirlərimdən xəbərdardır. Onun və klubun mövqeyini bilirəm. Son transfer pəncərəsində bəzi böyük klublar Mauroya maraq göstərdi. Onun gələcəyinə mən cavabdehəm. Təkliflərə qulaq asıb şəraiti və vəziyyəti dəyərləndirməliyəm.

Böyük klublar daha əvvəl də Mauronu istəmişdi. Amma o, həmişə "İnter"i seçib. İkardi klubun rəngləri üçün çox şey edib və heç vaxt klubda qalmaq üçün tərəddüd etməyib.

O, 22 yaşında "İnter"in kapitanı seçildi. Deyilənlərin əksinə olaraq, komanda yoldaşları ilə yaxşı münasibətləri var.Onun seçimlərini mən dəyərləndirirəm. İkardini istəyən mənim qapımı döyməlidir. Rayola? Ona böyük hörmətim var, amma Mauro ilə işləmək istəyən çox agent var.

110 milyon avro buraxılış qiyməti? Fikrimcə, "İnter" futbolçusunas bu qədər böyük qiymət qoyulmasına sevinməlidir. Onu artırmaq məsələsi problem deyil. Bunu müzakirə edəcəyik".