Rəsmi Ankara: Əsəd ordusu Afrinə girsə vurulacaq


Dünya 22 Fev 2018 23:51:00 272 0

Rəsmi Ankara: Əsəd ordusu Afrinə girsə vurulacaq

"Suiryanın hakim rejimi ilə PYD terror təşkilatı arasında çirkin təmasların olduğuna dair əlimizdə dəlillər var. Amma Əsəd rejiminin Afrinə daxil olması müzakirə mövzusu deyil. Əgər rejim formasını dəyişib Afrinə girərsə, hədəfimiz olacaq".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ "Anadolu" agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, Əsəd ordusu deyil, şiə-milisləri Afrinə girməyə cəhd edib və onlar xəbərdarlıq atəşindən sonra geri dönüblər.