Mətbəxi təmizləməyin mənası varmı?


Digərləri 22 Fev 2018 23:35:00 276 0

Mətbəxi təmizləməyin mənası varmı?

"The Telegraph" yazır ki, antibakteriya silgiləri mətbəxi yalnız 20 dəqiqəyədək təmiz saxlayır və onlardan istifadə tamamilə əbəs vaxt itkisidir.

Newcastle upon Tyne şəhərindəki Northumbria Universitetindən biotəbabət alimi, professor Clare Lanyon bu qənaətdədir ki, adamlar birdəfəlik antibakteriya silgilərinə və mikroblara qarşı püskürücülərə lüzumsuz olaraq pul xərcləyirlər.

Onsuz da mətbəxdəki mebel və əşyaların silinməsindən 20 dəqiqə sonra bakteriyalar təkrar artmağa başlayırlar.

Alim bildirir ki, mətbəxi təmizləmək üçün adi sabunlu su daha səmərəlidir, çünki onun tərkibindəki kimyəvi maddələr bakteriya hüceyrələrinin qılaflarını dağıdır.

Doktor Lanyon bu məlumatı "The Telegraph" qəzetinə BBC-də təşkil olunmuş bir elmi eksperimentdən sonra verib.

BBC proqramı Trust Me I'm A Doctor (İnan mənə, mən həkiməm) adlanırdı.

Bu proqramda aparılmış təcrübə göstərib ki, mətbəx səthindəki mikroblar antibakteriya silgiləri ilə təmizləndirkdən 12 saat sonra yeni mikrob koloniyaları tərəfindən tamamilə zəbt edilir.

Bununla belə həkim bildirib ki, mətbəxdə çiy ət doğranıb bişirildikdən sonra təmizlik işi mütləq aparılmalıdır.

Bunun ən yaxşı vasitəsi isə mətbəxdəkli mebellərin səthinin sabunlu su ilə silinməsidir.

Mikrobsuz saxlamaq mümkündürmü?