ABŞ səfirliyi Azərbaycanda əlilliyi olan şəxslərə pulsuz hüquqi yardım layihəsi həyata keçirib


Sosial 22 Fev 2018 22:44:37 298 1

ABŞ səfirliyi Azərbaycanda əlilliyi olan şəxslərə pulsuz hüquqi yardım layihəsi həyata keçirib

Layihə 6 ay ərzində Ağsu, Cəlilabad, Salyan və Bakını əhatə edib

ABŞ səfirliyi "GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinə "İnsan Haqları üçün Hüquqi Yardım və Təhsil" adlı layihənin həyata keçirilməsinə dəstək göstərib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, regionlarda qanuni yardım göstərmək və əlilliyi olan şəxslərə pulsuz hüquqi yardım göstərmək istəyən vətəndaşlar üçün layihə 6 ay ərzində Ağsu, Cəlilabad, Salyan və Bakıda keçirilib.

Layihənin məqsədi hər bir regionda 15-20 nəfərə çataraq onları əmək qanunvericiliyi, əlilliyi olan şəxslərlə bağlı qanunlar, təhsil hüquqları və s. haqqında hüquqi yardım və biliklə təmin etmək idi. 2017-ci ilin mayında başlayan layihə, tam təlim kursu və fərdi məsləhətləşmə sessiyaları vasitəsilə öz hüquqlarını öyrənmiş 200 nəfərdən ibarət idi. Tədbirin bağlanma mərasimində ABŞ səfirliyinin nümayəndələri, jurnalistlər, QHT rəhbərləri və əlilliyi olan insanlar iştirak ediblər.

Əlilliyi olan şəxslərin rehabilitasiyası üzrə "GULSAM" İctimai Birliyi 1 avqust 2005-ci il tarixində qeyri-kommersiya təşkilatı olaraq qeydə alınıb. 2013-cü ildə GULSAM əlil insanlar üçün dərzilik dərsləri təşkilin həyata keçirib. Təşkilat həmçinin gənclərə biznes bacarıqları və təcrübələrini öyrədən “Gənclər, QSC” pilot proqramına ev sahibliyi edib.