Putinin qorxunc qırıcıları Suriyada: “Vagnerin ordusu”nun


Dünya 22 Fev 2018 23:16:00 243 0

Putinin qorxunc qırıcıları Suriyada: “Vagnerin ordusu”nun

Bu gün fevralın 22-də səhər saatlarında beynəlxalq informasiya məkanında ildırım sürəti ilə belə xəbər yayıldı: Rusiyanın beşinci nəsil Su-57 qırıcıları Suriyaya göndərilib! Daha sonra uçuş sınaqlarından bu yaxınlarda çıxmış və seriya istehsalı hələ başlamayan, barəsində demək olar ki, bütün informasiyalar məxfi saxlanılan qırıcıların Hmeymin aviabazasına enməsini əks etdirən görüntülər də yayıldı. Üstəlik xəbər verildi ki, hərbi bazaya Su-57 qırıcıları ilə yanaşı 4 Su-35S qırıcısı, 4 Su-25 hücum-bombardmançı təyyarəsi və A-30 erkən xəbərdarlıq radiolokasiya təyyarəsindən ibarət aviaqruplaşma da göndərilib. Təyyarələr Xəzər dənizi üzərindən uçub, İran və İraqın hava məkanından keçib.

Rusiyanın Suriyaya başda iki ən yeni Su-57 qırıcısı olmaqla iri aviaqruplaşma göndərməsi prezident Vladimir Putinin qoşunların bu ölkədən çıxarılmasına dair ötən ilin dekabrında Hmeymim aviabazasında verdiyi əmrdən təqribən iki ay sonraya təsadüf edir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, xüsusən Su-57 qırıcılarının Suriyaya göndərilməsi qərb informasiya məkanında qızğın müzakirələrə səbəb olub. "Putinin qorxunc Su-57 qırıcılarını zəncirdən açıb buraxdılar"-Britaniyanın "The Express" tabloidi xəbəri bu başlıqla verib.

Bir sıra nəşrlər qeyd ediblər ki, qırıcıların Suriyaya göndərilməsi Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-a Suriyada "daha ehtiyatlı hərəkət etmək" barədə sərt xəbərdarlığından bir neçə gün sonra baş verir. "Mən amerikalı həmkarlarımı odla oynamamağa çağırıram"-Lavrov ABŞ-ın kürdlərin əliylə Suriyanı bölmək planlarından danışaraq deyib.

Habelə bu güc nümayişi "Vagnerin ordusu" kimi tanınan Rusiya muzdlularının Deyr əz-Zorda kürdlərin nəzarətində olan "Konoko" neft-qaz emalı zavoduna hücum zamanı Amerika aviasiyası tərəfindən darmadağın edilməsi fonunda baş verir.


Xəbərə aid fotolar