Azərbaycan nefti bahalaşıb


Digərləri 22 Fev 2018 23:01:00 221 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 66,54 dollar/barel təşkil edib.

Bakı. Maksim Tsurkov – CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 66,54 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,24 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 65,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.