Beyləqanda ağır yol qəzasında 2 nəfər ölüb, 3-ü yaralanıb


Sosial 22 Fev 2018 22:47:25 229 0

Beyləqanda ağır yol qəzasında 2 nəfər ölüb, 3-ü yaralanıb

Hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb

Beyləqan rayonunda ölümnən nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.