Hökumət əcnəbilərin ofşorlardakı pullarının sirrini açmaq istəmir?


Digərləri 22 Fev 2018 22:35:00 259 0

Hökumət əcnəbilərin ofşorlardakı pullarının sirrini açmaq istəmir?

"The Guardian" yazır ki, Britaniyanın millət vəkilləri Birləşmiş Krallığın dəniz ərazilərində və protektoratlarında çirkli pulların yuyulmasına, sanksiyalardan və vergilərdən yayınmalara imkan yaradılmasının ləğvinə çağırırlar.

Cənnət və Panama sənədləri üzrə araşdırmaların üzə çıxardığı mühüm tapıntılar hazırda Britaniya parlamentində müzakirə olunan sanksiyalar və çirkli pulların yuyulmasına qarşı qanunun ikinci oxunuşunda bir daha diqqət mərkəzinə gəlib.

Bu qanun Britaniya Avropa İttifaqını tərk etdikdən sonra blokun müvafiq qanunu əvəz etməlidir.

akin Britaniya hökuməti işarə edir ki, o, Britaniyanın okean ərazilərini yeni şəffaflıq qaydalarının qəbuluna məcbur etməyəcək.

Bu, faktiki olaraq keçmiş baş nazir David Cameron-un vədlərinin üstündən xətt çəkilməsi deməkdir. O bütün dünya ölkələrini korrupsiya ilə mübarizədə birləşməyə çağırmışdı.

Bir neçə millət vəkilləri tələb ediblər ki, Britaniyanın keçmiş müstəmləkə əraziləri onlardakı ofşor şirkətlərin əsl sahib və mənfəətdarlarının qeydiyyat kitabını dərc etməyə məcbur edilsinlər.

"The Guardian" yazır ki, Birləşmiş Krallıq 2016-cı ildə mənfəətdar şirkət sahiblərinin ayrıca ictimai reyestrini yaradıb və belə bir qaydanın Britaniyadakı mülkiyyətə də şamil ediləcəyini vəd verib.

Ofşordakı şirkət sahiblərinin adı hüquq-mühafizəçilərə açıla bilər

Lakin Britaniyanın taxt-tac və dəniz əraziləri ofşor şirkətlərin əsl sahiblərinin adlarını yalnız hüquq-mühafizə orqanlarına, o da tələb edilərsə verməyə borcludurlar. Başqa sözlərlə ictimaiyyətin bu reyestrə girişi yoxdur.

"Reyestrlər vətəndaş cəmiyyətinə, mediaya, jurnalistlərə, QHT-lərə açıq olmalıdır" - mühafizəkar millət vəkili və beynəlxalq inkişaf naziri Andrew Mitchell deyib.

Mitchell bildirib ki, Dünya Bankının məlumatına görə Afrikadan, ödənməmiş vergilər şəklində bu qitəyə verilən bütün yardımlardan daha çox pul oğurlanır.

"Biz yoxsul Afrika qarşısında, həm də öz vergiödəyənlərimiz qarşısında bu qalmaqala son qoyulması üçün addım atmağa borcluyuq" - deyib millət vəkili.

Parlamentin ictimai hesablar komitəsinin keçmiş sədri ledi Margaret Hodge da bildirib ki, bu daimi qalmaqallara son qoymağın vaxtıdır.