Slovakiyada uşaq qrupunu maşın vurub


Dünya 22 Fev 2018 22:28:00 229 0

Slovakiyada uşaq qrupunu maşın vurub

Slovakiyanın şimal-şərqində yerləşən Poprad şəhəri yaxınlığında minik avtomobili yaşı 5-12 aralığında olan böyük uşaq qrupunu vurub, 12 uşaq yaralanıb.

Oxu.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə polis nümayəndəsi Daniel Cobanik məlumat verib.

"Kejmarok şəhərindən olan sürücü hadisə nəticəsində əməli olaraq heç bir xəsarət almayıb, onun qanında spirt aşkar olunmayıb. Belə görünür ki, onun maşını dönərkən sürüşüb, nəticədə maşın tavanı üstə çevrilib və yaxınlıqdan keçən qaraçı uşaqlarından ibarət böyük bir qrupu vurub", - deyə Cobanik bildirib.