Həzrət Zəhranın son vəsiyyəti


Digərləri 22 Fev 2018 22:10:00 243 0

Həzrət Zəhranın son vəsiyyəti

Həzrət Fatimə (s.ə) üzünü İmam Əliyə (ə) çevirib buyurdu: "Uzun müddətdir ki, qəlbimdə vəsiyyətləri saxlamışam".

İmam (ə) buyurdu: "Ey Allah Peyğəmbərinin (s.ə) qızı! Nə istəyirsənsə, vəsiyyət et!".

Bu zaman yanında əyləşdi və otağı başqalarından xəlvət etdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Xanım (s.ə) buyurdu: "Ey əmim oğlu! Evli olan zaman  məni heç bir zaman xain və yalançı görməmisən. Müştərək həyatımızın əvvəlindən səninlə səfa və vəfa yolunu getmişik".

İmam (ə) buyurdu: "Allaha pənah olsun ki, düz deyirsən! Sən ən bilikli, ən yaxşı, ən təqvalı idin. Sən hər kəsdən əziz idin. Mən səninlə müxalifətlik etməkdən çəkinirdim. Sənin ayrılığın və yoxluğun mənim üçün ağırdır. Çünki dözməkdən başqa çarəm yoxdur və ona dözürəm. Allaha and olsun ki, Peyğəmbərin (s) müsibəti mənim üçün təzələndi".

Bu sözlərdən sonra ağladılar və İmam (ə) Xanəm Zəhranın (s.ə) mübarək başını sinəsinə sıxdı və buyurdu: "Fatiməcan! Nə vəsiyyətin varsa, et və mən onu yerinə yetirməyə çalışacağam. Sənin işini öz işimdən üstün bilirəm".

Xanım (s.ə) dua etdi və vəsiyyət etdi ki, ondan sonra Əmamə ilə evlənsin, çünki övladlarına daha yaxındır. Vəsiyyət etdi ki, cənazəsini planlaşdırdığı tabuta qoyub, sonra dəfn etmək üçün aparsınlar. Ona zülm edən heç kəs cənazəsində hazır olmasın. Onlar onun üçün namaz qılmasınlar.