21 yaşlı çoban 200 dollarla getdiyi ABŞda milyoner oldu FOTO


Digərləri 22 Fev 2018 21:56:00 329 0

21 yaşlı çoban 200 dollarla getdiyi ABŞda milyoner oldu  FOTO

Əsl adı Zeynel olan Zak Erdem 21 yaşında cibində sadəcə 200 dollarla ABŞ-a gedib və o gündən həyatı tamamilə dəyişilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, əslən Türkiyənin Erzincan əyalətindən olan və çobanlıqla məşğul olan Zak bir gün qəzetdə Manhattan şəhərinin şəklini görüb və bu şəhərə vurğunluq onu Amerikaya getməyə vadar edib.

21 yaşlı gənc getdiyi Manhattanda 6 ay küçədə qalıb, sonra məşhur restoranlardan birində ofisiant işləyib və lazım gəldikdə tualet də təmizləyib.

İş axtarmaq üçün və yaxşı pul qazanmaq üçün bütün çətinliklərə dözən, müxtəlif şəhərlər gəzən Erdem sonunda yenidən Nyu-Yorka dönüb və işləyərək topladığı pul ilə burada balaca restoran açır.


Xəbərə aid fotolar