İranın keçmiş prezidenti azad seçkilər tələb etdi


Dünya 22 Fev 2018 21:38:00 295 0

İranın keçmiş prezidenti azad seçkilər tələb etdi

Əhmədinejad istək və təkliflərini məktub formasında Xameneyiyə göndərib

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, ölkədəki siyasi durumdan narahat olduğunu bildirib. O, Ali dini lider Əli Xameneyiyə səslənərək, ölkədə demokratik seçki keçirilməsini və hökuməti tənqid edən məhkumları azad etməsini istəyib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, .

Sabiq prezident dini lideri İranın məhkəmə və qanunvericilik sisteminə uyğun islahat keçirməyə, hakimiyyəti tənqid edən məhkumları həbsxanalardan azad etməyə çağırıb. Əhmədinejada görə, ölkənin aktual problemlərinin həlli üçün xalqa ilk növbədə öz səs hüququndan istifadə haqqı tanınmalıdır.