Quranı dərk etmək üçün hansı biliklərə malik olmaq lazımdır?


Digərləri 22 Fev 2018 21:40:00 270 0

Quranı dərk etmək üçün hansı biliklərə malik olmaq lazımdır?

Hər kəs Quran maarifindən bəhrələnə bilər. Ancaq Quranı dərk etmək üçün bəzi biliklərə ehtiyac vardır. Quranı dərk etmək üçün bizə lazım olan biliklər:

1. Ədəbiyyat və dilşünaslıq qaydalarını bilmək. Hər biri dili başa düşmək üçün onun lüğət və dilini bilmək zəruridir. Ona görə də bu dilin dərinliklərindən agah olmaq - mühüm mövzulardandır. Yəni, ərəb dilinin nəhv və sərfinin elmi ilə tanış olmaq lazımdır.

2. Quranın məzmunu ilə tanış olmaq. Quranın elə mövzuları vardır ki, bəziləri bir-birini tamamlayır, bəziləri isə tamamlamır. Son.az deyerler.org-a istinadən bildirir ki, hər bir danışanın məqsədini başa düşmək üçün ən münasib yol odur ki, onun söylədiklərini bir-birinin kənarına qoyaraq, nəzər salasan. Bu yol - çox faydalı bir yoldur.

3. Məsumların (ə) sünnəsi. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, Quran itrətsiz və itrət Quransız məna kəsb etməz. Ona görə də Məsumların (ə) Quran ayələrini necə təfsir etdiklərinə diqqət etmək - ən mühüm mövzulardandır.