Bina tikintisi üçün tələblər dəyişdi VİDEO


Digərləri 22 Fev 2018 21:21:00 243 0

Bina tikintisi üçün tələblər dəyişdi  VİDEO

Pilot layihə çərçivəsində köhnələri sökülüb yenilənən binaları tikərkən artıq icra hakimiyyətləri bu məsələni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmayacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu dəyişiklik Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" qərarına edilən dəyişiklikdə əksini tapıb. Belə ki, binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinə rəy verilməsi icra hakimiyyətlərinin səlahiyyətlərində olacaq.

Ekspertlər bildirir ki, bu dəyişiklik inşaat sektorunda sahibkarların bu sahəyə daha çox maraq göstərməsinə səbəb olacaq.

Mütəxəsislər qeyd edir ki, pilot layihə çərçivəsində inşa olunan binalar eyni zamanda mənzillərin çıxarış məsələsi və kommunal xidmətlərin normal təmin olunması üçün də böyük əhəmiyyətə malikdir.