Mingəçevirdə tarix müəllimi ilkə imza atıb VİDEO


Digərləri 22 Fev 2018 21:11:00 268 0

Mingəçevirdə tarix müəllimi ilkə imza atıb  VİDEO

Orta məktəb müəllimi dərs dediyi təhsil ocağında bir ilk reallaşdırıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Mingəçevir şəhər 3 nömrəli məktəbdə tarix dərsini tədris edən Almaz Məmmədova burada ilk dəfə olaraq geniologiya dərnəyi yaradıb. Tarix dərsinə köməkçi hesab edilən geniyologiya məktəblilərə öz nəsil şəcərəsini tanımağa, öyrənməyə xidmət edir. Bir neçə müddətdir ki, fəaliyyət göstərən dərnəyi Almaz müəllimə dərs dediyi şagirdləri ilə söhbətlərdən sonra klub formasında inkişaf etdirib.

Ağdam, Kəlbəcər, Laçın və digər rayonlardan məcburi köçkün olan şagirdlər öz nəsil şəcərələrini müxtəlif formada hazırlaya biliblər. Müəllimin sözlərinə görə, məktəblilər yaşlı nənə-babaları vasitəsi ilə 3-4 əsr əvvələ gedib, oz əcdadların adını, hansı peşə sahibi olduğunu öyrənə biliblər.