Ən faydalı çay növü hansıdır?


Digərləri 22 Fev 2018 21:05:00 299 0

Ən faydalı çay növü hansıdır?

Ağ çay - çay kolunun tumurcuq və cavan yarpaqlarından əldə edilən və birbaşa günəş işığıyla qurudularaq qıcqırma prosesinə məruz qalmadan minimum oksidləşməylə əldə edilən bir çay növüdür.

Son.az deyerler.org-a istinadən bildirir ki, ağ çay qanda xolesterol və triqliseridlərin səviyyəsini salır, yağların parçalanmasını sürətləndirir, bədənin antioksidant səviyyəsini artırır, xərçəng hüceyrələrini məhvedici təsir göstərir, xüsusən, bağırsaq xərçənginə qarşı olduqca təsirlidir. Çaylar arasında ən yüksək antioksidant dəyərini ağ çay daşıyır. Ağ çay qanda xolesterolun səviyyəsini yaşıl çaya nisbətən daha tez salır.