Bakıda pasiyentə qoyulmuş xərçəng diaqnozu İzmirdə təsdiqlənmədi "Get, sünnət həkimi ol"


Digərləri 22 Fev 2018 19:48:00 667 0

Bakıda pasiyentə qoyulmuş xərçəng diaqnozu İzmirdə təsdiqlənmədi  "Get, sünnət həkimi ol"

Azərbaycanda xərçəng diaqnozu qoyulan şəxsin Türkiyədə müayinə zamanı sağlam olduğu müəyyən olub.

Son.az medicina.az-a istinadən xəbər verir ki, Mahirə Allahverdiyeva adlı pasiyent bu ilin yanvar ayında Milli Onkologiya Mərkəzində biopsiya analizi verib və ona səs tellərinin xərçəngi diaqnozu qoyulub. Xərçəng olduğunu bilən kimi böyük şok keçirən qadın Türkiyənin İzmir şəhərinə gedərək, bir daha müayinə olunub. Orda isə biopsiyanın cavabı fərqli çıxıb. Qəzəbindən özünə yer tapmayan pasiyent ona xərçəng diaqnozu qoyan həkimi məhkəməyə vermək qərarına gəlib: