Moskvanın yeni hava limanından Bakıya uçuşlar bərpa edilir


Digərləri 22 Fev 2018 19:38:00 264 0

Moskvanın yeni hava limanından Bakıya uçuşlar bərpa edilir

Rusiyanın "Pegas Fly" (İkar) aviaşirkəti martın 1-dən başlayaraq qış uçuş cədvəli çərçivəsində Moskvanın yeni "Jukovski" beynəlxalq hava limanından Bakıya reyslər həyata keçirməyə başlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, aviaşirkət reysləri martın 24-dək hər gün həyata keçirəcək.

Moskvadan uçuşlar yerli vaxtla saat 19:35-dən başlayacaq, Bakıya 23:30-da çatacaq. Əks istiqamətdə uçuşlar 06:15-də başlayacaq və Moskvaya saat 08:10-da çatacaq.