Məhbuslar nəzarətçini xilas etdilər VİDEO


Dünya 22 Fev 2018 19:18:00 307 0

Məhbuslar nəzarətçini xilas etdilər  VİDEO

ABŞ Ueterford şəhərində keçmiş həbsxana nəzarətçisi infarkt keçirən zaman ona yardım edən məhbuslara təşəkkür edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə WFAA məlumat yayıb.

Heri Qrim 2016-cı ilin iyun ayında dairə məhkəməsinin binasında kameraya nəzarət edən zaman huşunu itirib.

Məhbuslar onun halının pisləşdiyi görüb, divarı döyərək, qışqırmağa, yardım çağırmağa başlayıb. Habelə kənardan yardım gözləmədən kameradan çıxıb və bununla şerif  köməkçilərinin diqqətini çəkib. Sonradan məhkəməyə təcili tibbi yardım çağırılıb.

Qrim onun həyatını xilas edən məhbuslara şəxsən təşəkkür edə bilməmişdi. Belə ki, xəstəxanadan çıxan zaman məhbuslar artıq başqa cəzaçəkmə müəssisəsinə göndərilmişdilər.