Azərbaycanda onların sayı açıqlandı


Digərləri 22 Fev 2018 19:20:01 225 0

Azərbaycanda onların sayı açıqlandı

Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb. Səhiyyə Nazirliyindən özəl olaraq Trend-ə bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25.489 nəfər, 2011-ci ildə 26.716 nəfər, 2012-ci ildə 27.910 nəfər, 2013-cü ildə isə 28.376, 2014-cü ildə 28.656, 2015-ci ildə isə 28.555, 2016-cı ildə 29.448, 2017-ci ildə 30.131 nəfər olub. Yalnız 2017-ci ildə 2.115 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2.017 nəfər, 2016-cı ildə 2.142 nəfər olub. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.