Moskvanın yeni hava limanından Bakıya uçuşlar bərpa edilir


Digərləri 22 Fev 2018 19:05:00 209 0

Moskvanın yeni hava limanından Bakıya uçuşlar bərpa edilir

Rusiyanın “Pegas Fly” (İkar) aviaşirkəti martın 1-dən başlayaraq qış uçuş cədvəli çərçivəsində Moskvanın yeni “Jukovski” beynəlxalq hava limanından Bakıya reyslər həyata keçirməyə başlayacaq

Bakı. Maksim Tsurkov - Rusiyanın “Pegas Fly” (İkar) aviaşirkəti martın 1-dən başlayaraq qış uçuş cədvəli çərçivəsində Moskvanın yeni “Jukovski” beynəlxalq hava limanından Bakıya reyslər həyata keçirməyə başlayacaq. Trend-in məlumatına görə, aviaşirkət reysləri martın 24-dək hər gün həyata keçirəcək. Moskvadan uçuşlar yerli vaxtla saat 19:35-dən başlayacaq, Bakıya 23:30-da çatacaq. Əks istiqamətdə uçuşlar 06:15-də başlayacaq və Moskvaya saat 08:10-da çatacaq.