"Barcelona" Roberto ilə müqaviləsini yenilədi


İdman 22 Fev 2018 18:52:00 271 0

"Barcelona" Roberto ilə müqaviləsini yenilədi

Serji Roberto "Barcelona" ilə müqaviləsini yeniləyib. Goal.az xəbər verir ki, yeni anlaşma 2022-ci ilin iyununa kimi nəzərdə tutulub. Yeni müqavilədə buraxılış qiyməti 500 milyon avro göstərilib. Onun əvvəlki qiyməti 40 milyon avro idi. Müqavilə yanvarda razılaşdırılsa da, fevralın 22-də rəsmiləşib.

La Masia məzunu olan Roberto "Barcelona"nın əsas komandasında 2010-cu ilin noyabrında debüt edib. 25 yaşlı havbekin ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsində PSG-nin qapısına tarixi qolu ən məşhur topudur.