Kiyevdə Moskvanın "izləri" silinir


Dünya 22 Fev 2018 18:50:00 322 0

Kiyevdə Moskvanın "izləri" silinir

Kiyev Şəhər Şurası bu gün paytaxtda "Moskva körpüsü"nün adının dəyişdirilməsi barədə qərar qəbul edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Şurada qərarın qəbul edilməsi üçün 61 səs yetərli olduğu halda, "lehinə" 82 deputat səs verib. Kiyev Şəhər Şurasının tərkibinə 120 deputat daxildir.

Qeyd edək ki, Kiyevdə "Moskva körpüsü" 1976-cı ildə açılıb.