Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılır


Siyasət 22 Fev 2018 18:23:00 353 0

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılır

Prezident İlham Əliyev Fəxri adlara görə aylıq təqaüdlərin artırılması və "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq "Xalq" fəxri adı üçün 150 (yüz əlli) manat, "Əməkdar" fəxri adı üçün 100 (yüz) manat müəyyən edilsin.

"Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975, № 11, maddə 1454) 1-ci hissəsinin birinci abzasında "100 manat" sözləri "150 manat" sözləri ilə, "60 manat" sözləri "100 manat" sözləri ilə əvəz edilir.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Son.az