ADGTT həftəsonu 9 tamaşa təqdim edəcək


Kriminal 22 Fev 2018 18:27:00 257 0

ADGTT həftəsonu 9 tamaşa təqdim edəcək

Ölkəmiz Xocalı faciəsinin törədilməsinin 26-cı ildönümünü qeyd etdiyi ərəfədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu bir qədər fərqli repertuarla tamaşaçıların görüşünə gələcəkdir.

Kollektiv fevral ayının 23-də saat 15:00-da Ə.Əmirlinin "MSS", axşam saat 19:00-da T.Vəliyevanın "Cəza" (kiçik səhnədə), fevralın 24-də saat 12:00 və 14:00-da Azərbaycan Xalq nağılı "Məlikməmməd", axşam 19:00-da isə Xalq yazıçısı İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" tamaşalarını nümayiş etdirəcəkdir. Fevral ayının 25-də saat 12:00 və 14:00-da C.Sviftin "Qulliver cırtdanlar ölkəsində" tamaşası, axşam 19:00-da isə S.Elsevərin Xocalı faciəsinə həsr olunmuş "Arzu və Murad" tamaşası təqdim olunacaqdır. Tamaşada Nəsimi rayon ictimaiyyəti, Xocalıdan olan soydaşlarımız, ali və orta ümumtəhsil məktəblərinin tələbə və şagirdləri iştirak edəcəkdir.

Qeyd edək ki, sözügedən tamaşa fevral ayının 22-də H.Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olaraq Müdafiə Nazirliyinin şəxsi heyəti və şəhər məktəblərində təhsil alan şagirdlər üçün də nümayiş edilmişdir.


Xəbərə aid fotolar