Seçkiqabağı təşviqat məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lər müəyyənləşdi


Digərləri 22 Fev 2018 18:20:00 178 0

Seçkiqabağı təşviqat məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lər müəyyənləşdi

Seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lər müəyyənləşib.

Bakı. Seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lər müəyyənləşib. Mərkəzi Seçki Komissiyasından Trend-ə verilən məlumata görə, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq: - İctimai Televiziya və Radio Yayımları Şirkəti; - “Azərbaycan” qəzeti; - "Xalq qəzeti”; - “Bakinski raboçi” qəzeti. Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları prezident seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin