Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib


Siyasət 22 Fev 2018 18:10:25 219 0

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib

Məktub Bruney-Darüssalamın milli bayramı münasibətilə göndərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əlahəzrət,

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Bruney arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim sülh və rifah diləyirəm".