Şamaxıda qeyriadi arı yuvası VİDEO FOTO


Digərləri 22 Fev 2018 18:20:00 485 0

Şamaxıda qeyriadi arı yuvası  VİDEO  FOTO

Şamaxıda evini təmir edən şəxs maraqlı hadisə ilə qarşılaşıb. Son.az ARB 24-ə istinadən xəbər verir ki, 2 ildir yaşayış olmayan evdə təmir işləri aparılarkən taxtaların arasından maraqlı bir görüntü ortaya çıxıb. Evdə söküntü işləri apararkən fərqli görünüşlü arı yuvası və yüzlərlə arı ölüsünə rast gələn Şamaxı sakini heyrətə düşüb. Eni 40 sm, uzunluğu 45 sm olan bu yuva, sanki, balıqqulağından hazırlanıb. Ayaz Babaşov - usta: "45 ildir usta işləyirəm belə şey görməmişəm. Meşədə də görməmişəm bu cür arı yuvası". Ev sahibi çarəni arıçılardan məsləhət almaqda görüb. 40 ildir arıçılıqla məşğul olan Vəfadar Zahirzadə isə indiyədək bu cür yuvaya rast gəlmədiyini deyir. Vəfadar Zahirzadə - arıçı: "Vəhşi arılar hazır məhsuldan istifadə edirlər. Palçıqlı, gilli yerdən məmulat götürüb hazırlayırlar". Arıçı hesab edir ki, bu arı yuvası mütəxəssislərə verilməli və araşdırılmalıdır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar