Robert Levandovski agentini dəyişdi


İdman 22 Fev 2018 18:15:00 300 0

Robert Levandovski agentini dəyişdi

"Bayern Munchen"in hücumçusu Robert Levandovski agentini dəyişib. Goal.az xəbər verir ki, Çezari Kuxarski ilə əməkdaşlığı dayandıran polşalı forvard 74 yaşlı Pini Zahavini seçib. Zahavi futbol dünyasının ən zəngin agentlərindən hesab olunur. İsrailli menecer Rio Ferdinandın "Leeds"dən "Manchester United"ə transferində əsas fiqur olmuşdu. Roman Abramoviç "Chelsea"nin səhmlərini satın almazdan öncə məhz onunla məsləhətləşmişdi.

2006-cı ildə biznesmen Aleksandr Qaydamak "Portsmouth" klubunu alarkən vasitəçi kimi Zahavi çıxış etmişdi. 2010-cu ildə "Leicester City"nin taylandlı milyonerə satılması da israilli agentin vasitəçiliyi ilə olmuşdu.