ADU-da yeni ixtisas tədris olunacaq


Digərləri 22 Fev 2018 18:03:00 249 0

ADU-da yeni ixtisas tədris olunacaq

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, Rumıniyanın Babeş-Bolyay Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılması üçün göstərdiyi səylərə görə səfirə öz təşəkkürünü bildirən K.Abdulla bu fəaliyyəti çox yüksək qiymətləndirdiyini vurğulayıb. Rektor ümid etdiyini bildirib ki, səfiri ADU-da tələbələr qarşısında çıxış edən müəllim kimi də görəcək. K.Abdulla əlavə edib ki, ADU-da Rumıniya Mərkəzi açılacaq. Rektor ADU-da Rumıniyaşünaslıq ixtisasının tədris olunacağı barədə də məlumat verib. Qeyd edib ki, bu ixtisas üzrə hər il 15 nəfərə yaxın tələbə təhsil alacaq. K.Abdulla Rumıniya universitetlərindən birində Azərbaycan multikulturalizmi fənninin tədris edilməsini təklif edib, Rumıniyada Azərbaycanı sevənlərin sayını artırmağın vacibliyindən danışıb.