Azərbaycanda yeni medal təsis edildi FOTO


Siyasət 22 Fev 2018 17:50:00 225 0

Azərbaycanda yeni medal təsis edildi  FOTO

Prezident İlham Əliyev "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklikləri təsdiq edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə"ni və "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalının təsviri"ni də təsdiq edib.

"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər.

"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.


Xəbərə aid fotolar