Bağça müdirəsinə 8 il həbs verildi, amma azadlıqda qaldı


Digərləri 22 Fev 2018 18:00:00 318 0

Bağça müdirəsinə 8 il həbs verildi, amma azadlıqda qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən bağça müdiri İlahə Ziyadovaya hökm oxunub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ.Ziyadova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lakin onun himayəsində 4 yaşında azyaşlı övladı olduğundan hökmün icrası uşağın 14 yaşı tamam olanadək təxirə salınıb.

Onun həmin müddətə qədər azadlıqda qalmasına qərar verilib.