XİN: Azərbaycan-Rusiya Birgə Komissiyasının iclası konstruktiv dialoq ruhunda keçib


Siyasət 22 Fev 2018 17:39:17 264 0

XİN: Azərbaycan-Rusiya Birgə Komissiyasının iclası konstruktiv dialoq ruhunda keçib

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulub

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın beşinci iclasının yekunları haqqında məlumat yayıb.  

Nazirlikdən "Report"a verilən məlumata görə, fevralın 21-22 Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

Bildirilib ki, iclası çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb. Həmçinin, demarkasiya prosesinin davam etdirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə edilib: "Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub".

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulub. İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsiilə razılaşdırılacaq.