"Taliban"çılar NBMə hücum etdi:


Dünya 22 Fev 2018 17:31:00 201 0

"Taliban"çılar NBMə hücum etdi:

Əfqanıstanda "Taliban" hərəkatının döyüşçüləri Qəzni vilayətində nəzarət-buraxılış məntəqəsinə (NBM) hücum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.

Silahlı qarşıdurmanın bir neçə saat davam etdiyi bildirilir.