Salli Muntari La Liqa klubunda


İdman 22 Fev 2018 17:28:00 330 0

Salli Muntari La Liqa klubunda

"İnter" və "Milan"ın sabiq futbolçusu Salli Muntari karyerasını İspaniya La Liqasında davam etdirəcək. Goal.az xəbər verir ki, 33 yaşlı havbek "Deportivo" ilə anlaşıb. Müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. Muntari fevralın 9-dan La Korunya təmsilçisinin düşərgəsində idi.

Qanalı havbek ilk dəfə bir ispan klubunun formasını geyinəcək. Onun son klubu İtaliyanın B Seriyasında mübarizə aparan "Pescara" olub.