İmkansız tələbələrin bu ehtiyacları ödənilə bilər Kirayə haqqı, kitab pulu və...


Digərləri 22 Fev 2018 16:55:00 289 0

İmkansız tələbələrin bu ehtiyacları ödənilə bilər  Kirayə haqqı, kitab pulu və...

Yeni hazırlanacaq "Təhsil kreditləri haqqında" qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını - onun təhsil, kirayə, yataqxana haqqını, minimum kitab almaq üçün lazım olan xərcləri qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur.