Metroda bəzi yerlərdə siqaret çəkmək qəti qadağan edilib FOTO


Digərləri 22 Fev 2018 16:40:00 258 0

Metroda bəzi yerlərdə siqaret çəkmək qəti qadağan edilib  FOTO

Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı yeni qəbul edilmiş Azərbaycan Respublikasının qanununun icrası Bakı metropolitenində xüsusi nəzarətə götürülüb və bununla bağlı ciddi tədbirlər görülür.

2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Həmçinin həmin Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2017-ci il dekabrın 29-da Fərman imzalayıb. Qanunun icrasına ciddi əməl olunması məqsədilə "Bakı Metropoliteni" QSC-nin müvafiq struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Qurumdan Son.az-a verilən məlumata görə, müşavirədə qanunun tələbləri, onun təfsiri və metropoliten obyektlərinə şamil olunması ilə bağlı geniş müzakirələr aparılıb və izahat verilib.

Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə müşavirənin yekunlarına uyğun olaraq, "Bakı Metropoliteni" QSC-nin sədri müvafiq əmr imzalayıb.

Qeyd edək ki, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda siqaret və elektron siqaretdən istifadə buna qədər də qadağan edilmişdi. 2012-ci il iyunun 29-da qəbul edilmiş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda qaydaya əməl etməyənlərlə bağlı müvafiq qaydada cərimələr də nəzərdə tutulub.


Xəbərə aid fotolar