Almaniya medal sayında Norveçi ötdü


İdman 22 Fev 2018 15:33:00 249 0

Almaniya medal sayında Norveçi ötdü

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında xizəksürmə idmanı üzrə ikinövçülük növünün 4x5 km məsafəyə estafet yarışında qalib müəyyənləşib. Goal.az xəbər verir ki, Almaniya yığma komandası 46 dəqiqə 9,8 saniyə göstərici ilə birinci olub. Norveç millisi gümüş (47 dəqiqə 2,5 saniyə), Avstriya yığması isə bürünc medal (47 dəqiqə 17.6 saniyə) qazanıb. Medal sıralamasında ikinci sırada qərarlaşan Almaniya "qızıl" sayında Norveçə çatıb. Hər iki ölkənin hesabında 13 çempionluq var. Ümumilikdə isə, Norveçin 34, Almaniyanın 25 medalı var.