Bayılda evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarıldı


Digərləri 22 Fev 2018 15:41:00 260 0

Bayılda evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarıldı

Bakıda Bayıl yamacında sürüşmə zamanı evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə sığınacaqda məskunlaşan sakinlər məlumat veriblər.

Məlumata görə, ailələr fevralın 21-də axşam saatlarında müvəqqəti yerləşdirildikləri Səbail rayonu 163 saylı orta məktəbdən çıxarılıb: "Dünən səhər saatlarında 67 ailəyə kirayə haqları verildi. Axşam saatlarında kirayə haqqı alan ailələr sığınacaqdan çıxarıldı".

Qeyd edək ki, fevralın 21-də Bayıl yamacında evləri təhlükəli vəziyytətə düşən 67 ailəyə kirayə haqları Azərbaycan Beynəlxalq Bankı vasitəsilə ödənilib.