Aktrisa açıqsaçıq geyindi, yazdı:


Digərləri 22 Fev 2018 15:49:00 329 0

Aktrisa açıqsaçıq geyindi, yazdı:

Amerikalı aktrisa Cennifer Lourens Londondakı "Corinthia Hotel"də baş rolda oynadığı "Red Sparrow" filmi ilə bağlı partiyə qatılıb, fotosessiyaya çəkilib, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb..

Son.az Daily Mail-ə istinadən bildirir ki, 27 yaşlı aktrisa geyimi ilə əfsanəvi aktrisa Elizabet Hörlinin 27 il əvvəl çəkilmiş fotosundakı görüntüsünü xatırladıb.

"Versace" brendinin əsəri olan dekolteli don geyinmiş C.Lourens daha sonra "Red Sparrow" filmində tərəf-müqabil olduğu Frensis Lourens, Mattias Şonarts, Coel Edqerton və Ceremi Ayronsla birlikdə fotolar çəkdirib.

Havanın temperaturunun cəmi +3 olmasına rəğmən dərin dekolteli, açıq-saçıq qara paltardakı Lourensin geyimi və davranışı sosial şəbəkələrdə sərt tənqid olunub.