Yerevanda kiçik sahibkarlar etiraz aksiyası keçiriblər


Dünya 22 Fev 2018 15:26:12 226 0

Yerevanda kiçik sahibkarlar etiraz aksiyası keçiriblər

Tərəflər arasında ilk məhkəmə iclası mart ayının əvvəlinə təyin olunu

Yerevanda kiçik sahibkarlar hökumət binasının yaxınlığında etiraz aksiyası keçiriblər.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, etirazçılar hökumətdən nəhəng “Aştarak-kat” süd məhsulları şirkəti ilə mövcud məhkəmə işini araşdırmağı tələb ediblər.

“Aştarak-kat” 2016-cı ilin sonunda müflisləşmiş elan olunub. Şirkətin dövlət və əməkdaşlıq etdiyi ticarətçilərə borcu qalıb. Bununla belə, şirkət iddia edir ki, 240 kiçik təsərrüfat subyektinin ona borcu var. Məsələ ilə əlaqədar onları məhkəməyə verib və bu yolla onlardan borcu almağa çalışır.

Aksiya iştirakçıları bildiriblər ki, “Aştarak-kat” dələduzluq yolu ilə onlardan pul almaq istəyir və bu işdə onu məhkəmə orqanı da dəstəkləyir: “Şirkət 240 kiçik sahibkarı məhkəməyə verib. “Aştarak-kat” bizdən ödədiyimiz məhsulların pulunu yenidən verməyimiz tələb edir. Halbuki onlar bizdən pulu nağd alıb və mühasibatlıqda qeydiyyatdan keçirib”.

Tərəflər arasında ilk məhkəmə iclası mart ayının əvvəlinə təyin olunub.