Bakıda İraq aviaşirkətinin menecerini qətlə yetirən şəxsə


Digərləri 22 Fev 2018 14:19:00 211 0

Bakıda İraq aviaşirkətinin menecerini qətlə yetirən şəxsə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı "Dəmirçi Plaza"da qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, E.Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada baş verib. İcarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.