Totti: "Salah dünyanın ən yaxşı futbolçularından biridir"


İdman 22 Fev 2018 14:07:00 294 0

Totti: "Salah dünyanın ən yaxşı futbolçularından biridir"

"Roma"nın sabiq kapitanı Françesko Totti hazırda "Liverpool"un şərəfini qoruyan sabiq komanda yoldaşı Məhəmməd Salah haqqında fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, Totti misirli hücumçunu ən güclülər sırasına qoyub.

"Salah indi göstərdiyi oyunun səviyyəsinə görə dünyanın ən yaxşı futbolçularından biridir. Onun daha yaxşı ola biləcəyini düşünürəm. Salahın bir pillə də yuxarı qalxmaq imkanı var".

Salah 2015-17-ci illərdə "Roma"nın futbolçusu olub.