​“Heç vaxt konsert olmayacaq”


Şou-biznes 22 Fev 2018 13:52:00 227 0

​“Heç vaxt konsert olmayacaq”

Xanımım "hə" desə, arxama dönmədən gedərəm.

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Son zamanlar qalmaqallarda adı hallanan müğənni artıq ucuz çəkişmələrdən yorulduğunu və çıxıb getmək istədiyini bildirib: "Çalışırlar ki, mənim yanımda adlarını hallandırsınlar. Mən isə onların çoxuna cavab vermirəm. İttihamlar da oldu. Hətta mənim ailəmin adını çəkən insanlar oldu. Mən bu məsələdən o qədər utandım ki. Axı ailəmin adını niyə çəkirsən? Mən kimə konsert vermişəmsə, əcəb eləmişəm. Çox cılız, ucuz söhbətlər edirlər. Ətim töküldü, arıqladım. Hərdən belə söhbətlər olanda, arıqlayıram, yaxşıdır. Artıq iyrənmirəm. Hərdən baş götürüb getmək istəyirəm. Böyük məmnuniyyətlə, gedərəm. Xanımım hə desə, arxama dönmədən gedərəm". Nadir hətta heç vaxt konsert verməyəcəyini də açıqladı: "Planda konsert yoxdur, heç vaxt da olmayacaq. Çünki konsert böyük xərc tələb edir. Mənim isə sponsorum yoxdur. İstəmirəm ki, qazandığımı konsertlərə töküm, ordan da heç nə qazanmayım. Mən işlədiyim qədər heç bir müğənni işləməyib. Konsert üçün məkanın icarəsi var, səhnə qurmalısan, sponsor da ki yoxdur. Bəlkə qızların sponsoru var, deyə bilmərəm, ancaq kişilərin yoxdur. Biz özümüz eləməliyik. Mənim konsertə, reklama ehtiyacım yoxdur". Nadir Qafarzadə ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto