Sərnişin və yük daşıyanların nəzərinə:


Digərləri 22 Fev 2018 13:50:00 239 0

Sərnişin və yük daşıyanların nəzərinə:

Ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Son.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Trend-ə bildirib ki, "Yol hərəkəti haqqında" qanuna əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü beynəlxalq yol hərəkətində iştirak etdikdə yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə, sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə etməməlidir:

"Yəni, hazırda qüvvədə olan qanuna əsasən beynəlxalq yük daşımalarını həyata keçirən yalnız yük avtomobillərinin və avtobuslarının sürücüləri üçün nəqliyyat vasitəsində işlək və möhürlənmiş taxoqrafların və doldurulmuş taxoqramların olması öhdəliyi müəyyən edilmişdir".

Deputat bildirib ki, yeni qanun layihəsinə əsasən əsasən bu tələb beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər üçün müəyyən olunur. Onun sözlərinə görə, qanun layihəsi ilə 3 əsas məsələdə dəyişiklik edilmiş olur: "Artıq taxoqraf və taxoqram tələbi sadəcə beynəlxalq yol hərəkəti zamanı deyil, həm də ölkədaxili (şəhərlərarası və rayonlararası) daşımalarda da tətbiq olunacaq; bu öhdəlik artıq sadəcə yük daşımalarında deyil, həm də sərnişin daşımalarında da tətbiq olunacaq; artıq bu öhdəlik beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulur".