Azərbaycan investisiyaları və Misirin Süveyş kanalı


Digərləri 22 Fev 2018 13:38:00 236 0

Azərbaycan investisiyaları və Misirin Süveyş kanalı

Misir Azərbaycanla əməkdaşlığın möhkəmlənməsinə və ölkədə həyata keçirilən iri layihələrə, xüsusilə Süveyş kanalının inkişafına Azərbaycan investisiyalarının cəlb olunmasına ümid edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qahirədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı Misirin xarici işlər naziri Sameh Şükrü deyib.

Misirli nazir Ş.Mustafayevi ölkəsindəki investisiya imkanları barədə, o cümlədən iqtisadiyyatın müxtəlif sahələri, eləcə də neft-qaz sektorundakı layihələr barədə məlumatlandırıb.