David de Xea bu mövsüm möcüzələr yaradır


İdman 22 Fev 2018 13:08:00 246 0

David de Xea bu mövsüm möcüzələr yaradır

Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununa çıxan "Manchester United" səfərdə "Sevilla" ilə qolsuz heç-heçə edib. Statistika göstərir ki, "qırmızı şeytanlar" bu nəticəni qapıçı David de Xeaya borcludur. Goal.az-ın məlumatına görə ispan qolkiper "Sevilla" ilə qarşılaşmada 8 seyv edib. Son dəfə Çempionlar Liqasında "Manchester United"in qapıçısı 2011-ci ildə bu qədər seyvə imza atmışdı. Həmin vaxt turnirin finalında "Barcelona" ilə qarşılaşan "manikunianlar"ın qapısını Edvin van der Saar qoruyurdu.

De Xea bu mövsüm Çempionlar Liqasında qapı çərçivəsinə gedən 95.2% zərbəni qaytara bilib. Bu baxımdan ikinci yerdə Mark-Andre ter Şteqen ("Barcelona", 87.5%), üçüncü pillədə isə Ederson Moraeş ("Manchester City", 79.2%) qərarlaşıb.