Tramp ABŞda müəllimlərə silah verilməsini təklif edib


Dünya 22 Fev 2018 12:48:00 229 0

Tramp ABŞda müəllimlərə silah verilməsini təklif edib

ABŞ-da müəllimlər silahla təmin oluna bilər.

Son.az APA-ya istinadən xəbər verir ki, belə bir təşəbbüslə ABŞ prezidenti Donald Tramp çıxış edib.

Bu yaxınlarda Florida ştatında silahlı insident yaşanan məktəbə gedən D. Tramp müəllimlərin silah verilməsinin vacibliyini vurğulayıb. O deyib ki, müəllimlərə silah gəzdirmək üçün imkan yaradılmalıdır.

Prezidentin sözlərinə görə, hakimiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirəcək.