Gəncə yol polisi rəisi nöqsanlara görə işdən çıxarılıb


Digərləri 22 Fev 2018 12:31:00 386 0

Gəncə yol polisi rəisi nöqsanlara görə işdən çıxarılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.

Son.az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.