Rusiya bürünc medaldan məhrum edildi


İdman 22 Fev 2018 12:27:00 218 0

Rusiya bürünc medaldan məhrum edildi

İdman Arbitraj Məhkəməsi (CAS) Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında körlinq növü üzrə bürünc medal qazanmış rusiyalı Aleksandr Kruşelnitskinin anti-dopinq qaydalarını pozduğunu təsdiqləyib.

İdmançının dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən qadağan olunmuş meldonium maddəsi aşkarlanıb. Kruşelnitskinin özü də faktı etiraf edib. 26 yaşlı körlinqçi olimpiadadan kənarlaşdırılıb, onun nəticəsi və akreditasiyası ləğv olunub, adı Oyunların iştirakçıları siyahısından çıxarılıb. Medalların yenidən bölüşdürülməsi məsələsinə Beynəlxalq Olimpiya Komitəsi və Ümumdünya Körlinq Federasiyası baxacaq. 

Qeyd edək ki, Aleksandr Kruşelnitski olimpiadada həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə çıxış edib. Onlar qarışıq qoşa yarışda bürünc medal qazanıblar.